0

Akne (sızanaq) – dəri yağ ifrazının artması, yağ vəzilərinin böyüməsi və axarlarının yağla tutulması nəticəsində yaranan xəstəlikdir.

Sızanaqlar əsasən yeniyetmələrdə üz, kürək və sinə nahiyəsində rast gəlinir.

Aknelər nədən yaranır?

-Hormonal pozğunluqlar

-Steroid preparatların istifadəsi

-Qeyri düzgün qidalanma

-Avitaminoz

-Gigiyena qaydalarına riayət olunmaması

-İnfeksiya

-İrsi faktorlar

-İmunitetin zəifləməsi

-Daxili orqanların xəstəlikləri

-Stres halları

Aknelərin müalicəsi varmı?

Sızanaq xəstəliyi xroniki dəri problemi olduğu üçün müalicəsi adətən uzun zaman alır. Müalicə problemin ağırlığından, növündən və səbəbindən asılıdır. Aknelərin müalicəsi yalnız dermotoloq həkimin təyin etdiyi dərmanlarla və ehtiyac duyulan prosedurlarla yekunlaşır. Xəstənin profilaktik qaydalara əməl etməyi də aknenin müalicəsində və gələcəkdə təkrarlamanın qarşısının alınmasında bir başa rolu var.

Dr. Magsud Ağazadə
İş saatları

Bazar Ertəsi – Şənbə 09:00 - 18:00